23.02.2026
Qazax- Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyində həyata keçirilən "Muzeydə 1 gün" layihəsi uğurla davam edir.
Layihə çərçivəsində muzeyin qonaqları H.Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinin şagird və müəllim kollektivi olmuşdur. Qonaqlar ilk olataq muzeyin ekspozisiya zalını ziyarət edərək Tovuz rayonunun qədim və zəngin tarixi, maddi- mədəni irsi, arxeoloji tapıntıları və etnoqrafik nümunələri ilə yaxından tanış olmuşlar. Muzey əməkdaşları tərəfindən eksponatlar haqqında ətraflı və maarifləndirici məlumatlar verilmiş, şagirdlərin sualları cavablandırılmışdır.